ABŞ Mərkəzi Komandanlığı (Sentkom) ölkənin İrana qarşı növbəti geniş miqyaslı hücum dalğasının ABŞ-ın şərq vaxtı ilə saat 21:40-da başa çatdığını açıqlayıb.
Sentkomun məlumatına görə, döyüş təyyarələri, döyüş pilotsuz uçuş aparatları və hərbi gəmilərdən ibarət ABŞ qüvvələri yüksək dəqiqlikli idarə olunan döyüş sursatlarından istifadə edərək İranda onlarla hərbi mövqeni hədəf alıb. Bu hədəflər sahil müşahidə qurğuları və hava müdafiə sistemləri, hərbi logistika infrastrukturu və dəniz qüvvələri imkanlarını əhatə edib.
Sentkom bu əməliyyatın ABŞ-ın İrana qarşı ardıcıl altıncı gecə hücumu olduğunu qeyd edib və əməliyyatın İranın hərbi potensialını daha da zəiflətmək üçün ABŞ Ali Baş Komandanının əmri çərçivəsində həyata keçirildiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığının bəyanatında həmçinin bu tədbirlərin İranı ticarət gəmiçiliyinə qarşı son hücumlarına görə məsuliyyətə cəlb etmək məqsədilə həyata keçirildiyı vurğulanıb.
Sentkom sonda Orta Şərqdə 50 mindən çox ABŞ hərbçisinin fəaliyyət göstərdiyini və tam hazırlıq vəziyyətini qoruduğunu xəbər verib.