ArazNews
Ana Səhifə / İran / ABŞ Xəzinədarlıq Nazirliyi: "Şəmxani şəbəkəsi" ilə bağlı 50-dən çox şəxs, şirkət və gəmi sanksiyaya alındı
İran

ABŞ Xəzinədarlıq Nazirliyi: "Şəmxani şəbəkəsi" ilə bağlı 50-dən çox şəxs, şirkət və gəmi sanksiyaya alındı

ABŞ Xəzinədarlıq Nazirliyi:

Əli Şəmxaninin oğlu Məhəmmədh üseyn Şəmxaninin şəbəkəsi ilə əlaqəli 50-dən çox şəxs, gəmi və şirkət İslam Respublikasının neft sanksiyalarını dəf etməyə kömək etdikləri səbəbindən sanksiyaya alınıb; Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) siyahısında Hindistan, İtaliya və Danimarka vətəndaşları da yer alır. Xəzinədarlıq naziri Skott Bessent məqsədin rejimə dünya dəniz nəqliyyatını təhdid etməyə imkan verən maliyyə infrastrukturunu bağlamaq olduğunu bildirib; OFAC isə bu şəbəkəni İranın neft ixracatının arxasındakı "əsas qüvvə" adlandırıb.