ArazNews
Ana Səhifə / Dünya / Tramp: ABŞ qoşunları sentyabrın 30-dək İraqdan çıxacaq
Dünya

Tramp: ABŞ qoşunları sentyabrın 30-dək İraqdan çıxacaq

Tramp: ABŞ qoşunları sentyabrın 30-dək İraqdan çıxacaq

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkənin qoşunları sentyabrın 30-dək İraqı tərk edəcək, çünki Vaşinqton artıq bu ölkədə hərbi varlığını davam etdirməyə ehtiyac görmür.

Tramp Ağ Evdə İraq Baş naziri Əli əl-Zeydi ilə görüşdə deyib: «Artıq İraqda hərbi varlığa ehtiyacımız olduğunu düşünmürük.»

İraq Baş naziri də həmin görüşün əvvəlində ABŞ qoşunlarının ölkə ərazisindən çıxarılması prosesinin sentyabr ayının sonunadək tamamlanacağını açıqlayıb.

Tramp həmçinin əlavə edib ki, ABŞ neft şirkətləri İraqa daxil olmaqda və bu ölkə ilə iqtisadi tərəfdaşlıqlar qurmaqda olduqlarını; bu da Vaşinqton ilə Bağdad arasındakı əlaqələrin hərbi əməkdaşlıqdan iqtisadi və enerji sahəsindəki əməkdaşlığa doğru yönəldiyini göstərir.