ArazNews
Ana Səhifə / İran / Əhmədinəjadın ofisi New York Times-ın ev həbsi ilə bağlı hesabatını "Hollivud iddiaları" adlandırdı
İran

Əhmədinəjadın ofisi New York Times-ın ev həbsi ilə bağlı hesabatını "Hollivud iddiaları" adlandırdı

Əhmədinəjadın ofisi New York Times-ın ev həbsi ilə bağlı hesabatını

New York Times bazar ertəsi günü dərc etdiyi hesabatda İsrail kəşfiyyat orqanlarının Əhmədinəjadla əlaqə saxladığı iddiasını yenidən təkrarlayaraq bildirdi ki, Tehrana edilən ilk hücum dalğasının ardından həmin sabiq prezident İsrail agentləri tərəfindən təhlükəsiz bir evə köçürülüb.

Qəzet daha əvvəl may ayında dərc etdiyi xüsusi hesabatda bu nəticəyə gəldiyini yazmışdı ki, ABŞ və İsrailin son müharibənin əvvəlində Əhmədinəjadın yaşayış yerinə yönəlik hava zərbələri də "onu ev həbsindən azad etmək və rejim dəyişikliyi planının bir hissəsi" məqsədini daşıyırdı. Həmin hesabata görə, İsrail və ABŞ-ın səlahiyyətli şəxsləri müəyyən bir mərhələdə bu qənaətə gəlmişdilər ki, Əhmədinəjad iki ölkənin İrana qarşı birgə hərbi hücumunun ardından ölkənin idarə edilməsində müəyyən rol oynaya bilər.