Fransanın xarici işlər naziri Jan-Noel Barro fransız mediasına verdiyi açıqlamada bildirib ki, İran nüvə proqramından qəti şəkildə imtina etməyincə, "sanksiyaların heç bir formada ləğv edilməsi" söhbəti ola bilməz.
Barro keçən ay da demişdi ki, Paris İranın nüvə proqramına dair danışıqlarda iştirak etmək istəyir və ABŞ ilə İsrailin İrana qarşı müharibəsini dayandıran sülh sazişinin məzmunundan razı qalmayana qədər BMT-nin İrana qarşı sanksiyalarının ləğvinə razılıq verməyəcək.
Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olmaqla, veto hüququna malikdir.