ArazNews
Ana Səhifə / İran / Tramp: Seyyid Müctəba Xameneyi 90 faiz ehtimalla məhv edilib
İran

Tramp: Seyyid Müctəba Xameneyi 90 faiz ehtimalla məhv edilib

Tramp: Seyyid Müctəba Xameneyi 90 faiz ehtimalla məhv edilib

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Fox News kanalına verdiyi müsahibədə bildirib ki, İslam Respublikasının rəhbərləri bir-birinin ardınca aradan çıxıb.

Tramp deyib ki, Əli Xameneyi öldürülüb, Seyyid Müctəba Xameneyi isə 90 faiz ehtimalla məhv edilib. O əlavə edib ki, New York Times onların vəziyyətinin yaxşılaşdığını iddia edir.

ABŞ prezidenti İslam Respublikasının nüvə obyektlərini bərpa etmək cəhdlərinə toxunaraq vurğulayıb ki, Tehranın heç bir şansı yoxdur. Onun sözlərinə görə, İranın hava müdafiə sistemlərinin və avadanlığının böyük hissəsi məhv edilib.

Tramp bildirib ki, bazar günü axşamı İslam Respublikasına ağır zərbə endirildi və göndəriləcək hər bir pilotsuz uçuş aparatı güclü cavabla üzləşəcək.