İranın prezidenti Məsud Pəzişkiyan ABŞ hökumətinin Dünya Kubokuna ev sahiblik etməsi çərçivəsindəki davranışını Vaşinqtonun həmişəki xarici siyasətinin davamı kimi xarakterizə edib.
O, X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, ABŞ bu tədbirdə də qaydaları manipulyasiya etməyə, rəqiblərə qarşı zor tətbiq etməyə, maneələr yaratmağa və fırıldaq işlətməyə əl atıb. Pəzişkiyan bu yanaşmanı «MAGA gündəliyi»nin bir hissəsi adlandırıb.
İranın prezidenti əlavə edib ki, Tehran belə oyunları qəbul etmir və öz hüquqları uğrunda qətiyyətlə mübarizə aparır.