ArazNews
Ana Səhifə / İran / Qalibaf: ABŞ razılaşmanı pozub
İran

Qalibaf: ABŞ razılaşmanı pozub

Qalibaf: ABŞ razılaşmanı pozub

İslam Respublikası Məclisinin sədri Məhəmmədbağır Qalibaf, ABŞ-ın çərşənbə günü sübh tezdən İranın cənubuna hücumlarından sonra Vaşinqtonu 14 maddəli razılaşmanı pozmaqda ittiham edib.

Qalibaf X şəbəkəsində ingilis dilində yaydığı mesajda razılaşmanın pozulmasının beş əsas halını sadalayıb: İranın Hörmüz boğazındakı tənzimləmələrinin pozulması, daha çox hərbi hücumla bağlı təkrarlanan təhdidlər, İranın cənub bölgələrinə hücum, neft sanksiyalarının bərpası və İsrailin Livana hücumlarının davam etdirilməsi.

O, sözünün sonunda "zorakılıq və qəsb" dövrünün sona çatdığını və Tehranın geri çəkilmək niyyətində olmadığını vurğulayıb. Bu reaksiya Sepahın son iki gün ərzində Hörmüz boğazı yaxınlığındakı üç gəmiyə hücumundan sonra yayımlanıb.