Sепah Pasdaran-ın yeni komandanı Əhməd Vahidinin Tehranda Əli Xameneyinin keçmiş iqamətgahı yaxınlığında keçirilən mərasimdəki şəklinin yayılması mediada geniş əks-səda doğurub. O, cümə axşamı axşamı Əli Xameneyinin tabutu yanında görüldü.
Məlumatlara görə, bu, Əhməd Vahidinin mart ayının 9-da Əli Xameneyinin həlak olmasından bəri ilk ictimai görünüşüdür. Bununla belə, həmin vaxtdan bu günə qədər Müctəba Xameneyidən heç bir şəkil, səs faylı və ya əlyazma nümunəsi yayımlanmayıb.
Əli Xameneyinin dəfn mərasiminin Tehran, Qum və Məşhəddə geniş dövlət təbliğatı ilə keçirilməsi nəzərdə tutulur. Bununla belə, məlumatlara görə, mərasimdə iştirak edən yüksəkrütbəli xarici rəsmilərin sayı məhdud olub və ölkə başçılarından yalnız bir neçəsi bu tədbirə qatılıb.