ArazNews
Ana Səhifə / Dünya / ABŞ Trampın istefasını tələb edən zabiti sorğu-suala çəkir
Dünya

ABŞ Trampın istefasını tələb edən zabiti sorğu-suala çəkir

ABŞ Trampın istefasını tələb edən zabiti sorğu-suala çəkir

Reuters agentliyinin məlumatına görə, fəal hərbi xidmətdə olan mayor Ceyson Uotson çərşənbə günü sosial mediada yayılan videoda Tramp və Vensi, o cümlədən Konqresin icazəsi olmadan İranla müharibəyə girməsi də daxil olmaqla müxtəlif addımlarına görə məhkum etdi. Videonun bir hissəsində Konqres polisi onu həbs edərkən görünür — Uotsonun əlində plakar var idi və Tramp ilə Vensin vəzifədən uzaqlaşdırılmasını tələb edirdi.

ABŞ Hərbi Hava Qüvvələri nazirinin ofisi Uotsonun adını çəkmədən məlumatları təsdiqlədi və bildirdi ki, araşdırma «maneəsiz davam edəcək». ABŞ Hərbi Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən, zabitlərə «prezidentə, onun müavinə və Konqresə qarşı təhqiredici ifadələr» işlətmək qadağandır.

Uotson çıxışında bu addımın risklərindən xəbərdar olduğunu nümayiş etdirdi və dedi ki, onun şəxsiyyətindən qat-qat mühüm olan, söyləmək istədiyi söz və bunun üçün ödəməyə hazır olduğu qiymətdir.