Nyu-Yorkda 43-cü “Türk Günü” yürüşü keçiriləcək

4 saat əvvəl 1 dəq oxu Editorial Board
Nyu-Yorkda 43-cü “Türk Günü” yürüşü keçiriləcək


Araz News-in Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, 43-cü “Türk Günü” yürüşü mayın 15-i və 16-da ABŞ-nin Nyu-York şəhərində keçiriləcək.


Bu proqram Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin koordinasiyası ilə, ABŞ-də yaşayan türk icmasının iştirakı və müxtəlif mədəni proqramlarla təşkil olunacaq.


“Türk Günü” yürüşü ilk dəfə 1981-ci ildə erməni terror təşkilatı ASALA tərəfindən türk diplomatların qətlə yetirilməsinə cavab olaraq keçirilib və o vaxtdan bu yana ənənəvi şəkildə davam etdirilir.


Açıqlanan proqrama əsasən, tədbir Uoll-Stritdə yerləşən “Bowling Green” parkında bayraq qaldırma mərasimi ilə başlayacaq. Türkiyə Müdafiə Nazirliyinə bağlı Mehter qrupu və “Anadolu Ateşi” qrupu da xüsusi proqramlar təqdim edəcək.


Təşkilatçılar bildirirlər ki, bu tədbirin məqsədi ABŞ-də yaşayan türkəsilli toplumun həmrəyliyini gücləndirmək və Türkiyənin mədəniyyəti ilə tarixini ABŞ-də tanıtmaqdır.