Azərbaycan qurumu 2026-da beynəlxalq mükafat qazandı
1 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
Azərbaycanın Mədəni İrsin Qorunması üzrə dövlət qurumu beynəlxalq müsabiqədə 2026-cı ilin qalibi elan olunub.
Araz News-un AzərTAc-a istinadən verdiyi məlumata görə, “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti” “Mədəni irsin qorunması və innovasiyada qlobal liderlik” kateqoriyasında beynəlxalq mükafata layiq görülüb.
Bu mükafat Londonda yerləşən “Brands Review Magazine” tərəfindən təqdim olunub. Qiymətləndirmə zamanı mədəni irsin rəqəmsallaşdırılması, yeni texnologiyaların tətbiqi və müxtəlif bölgələrdə həyata keçirilən qoruma layihələri nəzərə alınıb.
Məlumata görə, son illərdə Azərbaycanda onlarla tarixi abidə bərpa edilib və minlərlə mədəni irs nümunəsi rəqəmsal sistemlərdə qeydiyyata alınıb.