CENTCOM İrana “qısa güclü hücum” planı hazırlayıb
Axios-a danışan üç məlumatlı mənbə bildirib ki, ABŞ Mərkəzi Komandanlığı İrana qarşı hərbi hücumların bir dalğasını nəzərdə tutan plan hazırlayıb.
Bu məlumata görə,ehtimal ki,İranın infrastrukturunu hədəf alacaq bu hücumların məqsədi danışıqlardakı çıxılmaz vəziyyəti qırmaq və Tehranın daha çevik mövqe ilə danışıqlar masasına qayıtmasını təmin etməkdir.
Tramp Axios-a müsahibəsində dəniz mühasirəsini “bombardmandan bir qədər daha təsirli”hesab etdiyini deyib və hazırda onu əsas təzyiq aləti kimi gördüyünü bildirib. O,həmçinin Truth Social-da süni intellektlə hazırlanmış silahlı görüntüsü və “Artıq yaxşı adam deyiləm” yazısı olan bir mem paylaşıb.
Mənbələr bildirib ki,Tramp hələlik heç bir hərbi əməliyyat göstərişi verməyib,lakin İran təslim olmazsa,hərbi variantı da istisna etmir.
Eyni zamanda,İranın yüksək səviyyəli təhlükəsizlik mənbələrindən biri Press TV-yə bildirib ki,mühasirə davam edərsə, “praktik və misli görünməmiş addım”atılacaq.