ABŞ: İranın sanksiyalı aviaşirkətləri ilə əməkdaşlıq edənlər də sanksiyaya məruz qalacaq
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, İranın sanksiyaya məruz qalan aviaşirkətləri ilə əməkdaşlıq edən şirkət və ölkələr Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər.
ArazNews-un məlumatına görə, Bessent sosial şəbəkədə paylaşımında qeyd edib ki, bu cür əməkdaşlıq “ABŞ sanksiyalarına məruz qalma riski” yaradır və xarici hökumətləri bu təyyarələrə hər hansı xidmət göstərməkdən çəkinməyə çağırıb.
Məlumata əsasən, bu xidmətlərə reaktiv yanacaq təchizatı, katerinq, eniş haqları və texniki xidmət daxildir. ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton “maksimum iqtisadi təzyiq” siyasəti çərçivəsində İranla əməkdaşlıq edən üçüncü tərəflərə qarşı tədbirləri davam etdirəcək.
ABŞ-ın İranın aviasiya sektoruna qarşı sanksiyaları qüvvədə qalır və bu, bəzi hava yollarının beynəlxalq fəaliyyətinə təsir göstərə bilər.