ABŞ: 38 gəminin İran limanlarına giriş-çıxışı dayandırıldı
4 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
ABŞ Mərkəzi Komandanlığı İran limanlarına qarşı dəniz blokadasının davam etdiyini və onlarla gəminin hərəkətinin məhdudlaşdırıldığını açıqlayıb.
ArazNews-un məlumatına görə, CENTCOM bildirib ki, bu əməliyyat çərçivəsində 38 gəmi marşrutunu dəyişməyə və ya geri qayıtmağa məcbur edilib.
Bazar günü axşam X platformasında yayılan açıqlamada vurğulanıb ki, ABŞ qüvvələri İran limanlarına giriş və çıxışı məhdudlaşdırmağa davam edir.
Paylaşılan görüntüdə isə bölgə sularında ticarət gəmisini izləyən bir ABŞ dənizçisi yer alıb.