İran xəbərdarlıq etdi: ABŞ-ın dəniz mühasirəsi davam edərsə, ticarət gəmilərini dayandıracağıq
3 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
İranın yüksək rütbəli hərbi rəsmisi çərşənbə günü ABŞ tərəfindən həyata keçirildiyi iddia edilən “dəniz mühasirəsi”nin davam etməsi halında bölgədə dəniz ticarətinin qarşısının alınacağını bildirib.
ArazNews-un məlumatına görə, Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandiri Əli Abdullahi ABŞ-ın dənizdəki hərəkətlərinə toxunaraq deyib: “Əgər təcavüzkar ABŞ qeyri-qanuni dəniz mühasirəsini davam etdirmək və İranın ticarət gəmiləri ilə neft tankerlərinə qarşı təhlükə yaratmaq istəsə, bu addım atəşkəsin pozulmasının başlanğıcı olacaq.”
O vurğulayıb ki, İran Silahlı Qüvvələri strateji bölgələrdə – o cümlədən Xəzər, Oman dənizi və Qırmızı dənizdə – dəniz ticarətinin davam etməsinə icazə verməyəcək və zərurət yaranarsa, qarşı tədbirlər görüləcək.