Netanyahu: Atəşkəs hər an çökə bilər; İsrail ABŞ-ın İrana dəniz mühasirəsini dəstəkləyir

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 Netanyahu: Atəşkəs hər an çökə bilər; İsrail ABŞ-ın İrana dəniz mühasirəsini dəstəkləyir


İsrailin baş naziri Benyamin Netanyahu İran və ABŞ arasında atəşkəsin “hər an çökə biləcəyini” bildirib və ABŞ-ın İran limanlarına qarşı dəniz mühasirəsi qərarını dəstəklədiklərini açıqlayıb.


ArazNews-un məlumatına görə, İsrail mediasına istinadən Netanyahu kabinet iclasında deyib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Pakistan danışıqlarından sonra onu prosesin detalları barədə məlumatlandırıb. Onun sözlərinə görə, Vaşinqton İranın “danışıqlara daxil olma ilə bağlı açıq razılaşmanı pozmasını” və Hörmüz boğazının açılmamasını qəbuledilməz hesab edir.


Netanyahu əlavə edib ki, ABŞ-ın əsas tələbi “zənginləşdirilmiş materialların tam aradan qaldırılması və İranın gələcək illər, hətta onilliklər ərzində hər hansı zənginləşdirməsinin qarşısının alınmasıdır”.


O, ABŞ və İsrail arasında fikir ayrılığı olduğunu rədd edib və iki tərəf arasında koordinasiyanın “misilsiz səviyyədə” olduğunu bildirib.