Vaşinqtonun əsas şərtləri: zənginləşdirmənin dayandırılması və Hörmüzün rüsumsuz açılması

2 saat əvvəl 1 dəq oxu Editorial Board
 Vaşinqtonun əsas şərtləri: zənginləşdirmənin dayandırılması və Hörmüzün rüsumsuz açılması


ArazNews-un Wall Street Journal-a istinadən verdiyi məlumata görə, ABŞ İslamabad danışıqları zamanı İrana bir sıra “açıq qırmızı xətlər” təqdim edib.


Məlumata əsasən, bu şərtlər arasında uranın tam zənginləşdirilməsinin dayandırılması, əsas zənginləşdirmə obyektlərinin sökülməsi və yüksək zənginləşdirilmiş materialların geri alınması yer alır.


Bundan əlavə, Vaşinqton Hörmüz boğazının heç bir rüsum tətbiq olunmadan tam şəkildə açılmasını tələb edir və regional müttəfiqlərin iştirakı ilə daha geniş razılaşmanın əldə olunmasına çalışır.


ABŞ həmçinin İrandan Livandakı Hizbullah və Yəməndəki husilər kimi qruplara maliyyə dəstəyinin dayandırılmasını istəyib.


Qəzetin yazdığına görə, bu şərtlər ABŞ-ın Tehranla danışıqlarda daha sərt mövqe tutduğunu göstərir.