İsrail polisi: İranla əlaqəli şübhəli şəxs Bennettə qarşı sui-qəsd planlaşdırıb
4 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
Araz News-un məlumatına görə, İsrail polisi İran agenti ilə əlaqədə olduğu iddia edilən bir şəxsin partlayıcı hazırlayaraq sui-qəsd həyata keçirməyə çalışdığını açıqlayıb.
Məlumata əsasən, Hayfa şəhərində yaşayan 22 yaşlı Ami Gaydarovun keçmiş baş nazir Naftali Bennett-i hədəf almağı planlaşdırdığı irəli sürülür.
Bununla belə, istintaq zamanı Bennett-in adı birbaşa çəkilməyib və polis bu nəticəyə şübhəlinin fəaliyyətləri və hərəkət istiqamətlərinə əsasən gəldiyini bildirib.