Pakistan baş naziri tərəfləri təmkinə çağırdı: “Atəşkəsin pozulması diplomatiyanı təhdid edir”
1 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
Pakistanın baş naziri Şahbaz Şərif bölgədə atəşkəsin bəzi nöqtələrdə pozulması ilə bağlı xəbərlərə görə narahatlığını ifadə edərək bütün tərəfləri razılaşmalara əməl etməyə çağırıb.
Araz News-un məlumatına görə, o, X platformasında paylaşımında bildirib ki, davam edən toqquşmalar “sülh prosesinin ruhunu zəiflədir”.
Şahbaz Şərif əlavə edib: “Mən səmimi və ciddi şəkildə bütün tərəflərdən xahiş edirəm ki, təmkin nümayiş etdirsin və razılaşdırılmış iki həftəlik atəşkəsə hörmət etsinlər”.
O vurğulayıb ki, yalnız bu yolla diplomatik proses üçün şərait yaradıla və böhranın sülh yolu ilə həllinə doğru irəliləmək mümkün olar.