İsrail ordusu İran vətəndaşlarına çağırış etdi: saat 21:00-dək qatar və dəmir yolu ətrafından uzaq durun
4 saat əvvəl
•
1 dəq oxu
•
Editorial Board
İsrail ordusu İran vətəndaşlarından müəyyən müddət ərzində qatar istifadə etməmələrini və dəmir yolu xətlərinə yaxınlaşmamalarını istəyib.
Araz News-un məlumatına görə, İsrail ordusu X sosial şəbəkəsində yaydığı mesajda bildirib ki, İranda qatar istifadəçiləri bu andan etibarən yerli vaxtla saat 21:00-dək dəmir yolu səfərlərindən çəkinməlidirlər.
Açıqlamada qeyd olunub ki, qatarlar və dəmir yolu xətləri ətrafında olmaq insanların həyatını təhlükə altına qoya bilər.