İran məhkəmə sisteminin rəhbəri “düşmənlə əlaqəli” şəxslərə qarşı sürətli hökmlər, o cümlədən edam çağırışı etdi

4 saat əvvəl 1 dəq oxu Editorial Board
 İran məhkəmə sisteminin rəhbəri “düşmənlə əlaqəli” şəxslərə qarşı sürətli hökmlər, o cümlədən edam çağırışı etdi


İranın məhkəmə hakimiyyətinin rəhbəri “düşmənin əlaltıları” adlandırdığı şəxslərə qarşı hökm çıxarılmasının sürətləndirilməsini, o cümlədən edam və əmlakın müsadirəsini tələb edib.

Araz News-un məlumatına görə,Sepah-a yaxın Tasnim agentliyinə istinadən Qulamhüseyn Möhseni Ejei bildirib ki, qanuni imkanlardan istifadə olunaraq “düşmənlə əlaqəli” ittiham olunanlara qarşı məhkəmə hökmləri daha sürətlə çıxarılmalı və icra edilməlidir.


O əlavə edib ki, qanunun icazə verdiyi hallarda edam və əmlakın müsadirəsi kimi ağır cəzalar sürətlə tətbiq olunmalı və bu hökmlərin nəticələri ictimaiyyətə açıqlanmalıdır.


Məhkəmə sisteminin rəhbəri müharibə şəraitinə işarə edərək, İran rejiminin düşmənləri ilə əlaqəli şəxslərə qarşı daha çox hökm çıxarılmasını tələb edib.


Bu isə insan haqları təşkilatlarının illərdir irəli sürdüyü tənqidlər fonunda səslənir. Bu təşkilatlar bildirir ki, İran rejimi çox vaxt geniş ittihamlarla və ədalətli məhkəmə prosesi olmadan şəxsləri saxlayır, ağır cəzalar verir və edamlar həyata keçirir.