İran rejimi mediası Qərbi Azərbaycanda 17 nəfərin saxlanıldığını bildirdi

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 İran rejimi mediası Qərbi Azərbaycanda 17 nəfərin saxlanıldığını bildirdi


İran rejiminin Kəşfiyyat Nazirliyi Qərbi Azərbaycan vilayətində 17 nəfərin ABŞ və İsraillə əməkdaşlıq ittihamı ilə saxlanıldığını açıqlayıb.


Araz News-un məlumatına görə, hökumət mediasına istinadən yayılan bəyanatda iddia olunur ki, saxlanılan şəxslərdən bəziləri hərbi və təhlükəsizlik obyektlərinə dair həssas məlumatları ABŞ və İsraillə əlaqəli qurumlara ötürüblər.


Bəyanatda həmçinin qeyd edilib ki, saxlanılanlardan bəziləri “separatçı” adlandırılan qruplar və ya “İŞİD” ilə əlaqələndirilib və onların bölgədə hər hansı fəaliyyətə başlamasından əvvəl müəyyən edilərək saxlanıldıqları bildirilib.