Prezident aparatının rəsmisi Trampa: “Axmaq haramzadə”

1 saat əvvəl 1 dəq oxu Editorial Board
 Prezident aparatının rəsmisi Trampa: “Axmaq haramzadə”


Seyid Mehdi Təbatəbai, prezident aparatının kommunikasiya və informasiya üzrə müavini bildirib ki, İran rejimi Hörmüz boğazının açılmasını müharibə təzminatının ödənilməsi ilə şərtləndirib.


Araz News-un məlumatına görə, o, X sosial şəbəkəsində Donald Trampa sərt ifadələrlə müraciət edərək “axmaq haramzadə” yazıb və vurğulayıb ki, müharibə nəticəsində yaranan zərərlər yeni “hüquqi rejim” çərçivəsində və Hörmüz boğazından keçid rüsumları hesabına ödənilməlidir.


Bu açıqlamalar Donald Trampın son paylaşımına cavab olaraq səsləndirilib. Tramp həmin paylaşımda çərşənbə axşamını İranın infrastruktur obyektlərinə, o cümlədən elektrik stansiyaları və körpülərə hücum günü kimi göstərmişdi.