İran əsas yüklər üçün Hörmüz boğazından keçidə icazə verdi

9 saat əvvəl 1 dəq oxu Editorial Board
İran əsas yüklər üçün Hörmüz boğazından keçidə icazə verdi


İran rejiminə yaxın media əsas malları daşıyan gəmilərin Hörmüz boğazından keçərək İran limanlarına daxil olmasına icazə verildiyini bildirib.


ArazNews xəbər verir ki, Tasnim agentliyinin məlumatına görə, rəsmi məktub əsasında ərzaq və digər zəruri yükləri daşıyan gəmilər məsul qurumlarla koordinasiya və müəyyən olunmuş qaydalara riayət etməklə bu marşrutdan istifadə edə bilər.


Məlumata əsasən, bu qərar hazırda Oman dənizində olan gəmilərə də şamil olunur.


Qeyd edək ki, İran daha əvvəl 28 fevraldan başlayan ABŞ və İsrail hücumlarına cavab olaraq Hörmüz boğazını faktiki olaraq bağlamışdı. Bu marşrut dünya neft ticarətinin təxminən beşdə birinin keçdiyi əsas xətt hesab olunur.