ABŞ itkin pilotu tapmaq üçün İranda axtarışı genişləndirib
ABŞ ordusunun İranda itkin düşən pilotu tapmaq üçün axtarış-xilasetmə əməliyyatı şənbə günü daha da intensivləşdirilib.
Məlumata görə, əməliyyatlar İranın cənub-qərbində yerləşən ucqar ərazilərdə davam edir. İran rəsmiləri isə vurulan ABŞ qırıcısından sonra yerli əhaliyə müraciət edərək pilotun tapılıb təhvil verilməsi üçün mükafat vəd edib.
İran mənbələrinin bildirdiyinə görə, vurulan təyyarə F-15E (Strike Eagle) tipli olub. Hadisə zamanı ekipaj üzvlərindən biri xilas edilsə də, digər pilotun taleyi hələ də naməlum qalır.
Bu, son altı həftədə davam edən müharibə fonunda ABŞ-ın ilk dəfə İranda hərbi təyyarə itirməsi kimi qiymətləndirilir.
Hazırda Pentaqon itkin pilotun əsir düşməsinin və ya həlak olmasının qarşısını almaq üçün İranda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı həyata keçirir.