ArazNews xəbər verir ki, İsrail ordusu son 24 saat ərzində 150-dən çox qırıcı təyyarənin Tehrandakı infrastruktur hədəflərinə zərbə endirdiyini açıqlayıb.
Məlumata görə, bu əməliyyat zamanı 120-dən çox sursatdan istifadə olunub.
İsrail ordusu bildirib ki, hədəflərdən biri ballistik raketlər üçün kritik komponentlərin inkişaf etdirildiyi obyekt olub. Eyni zamanda SEPAH-ın hərbi sənaye ilə bağlı bir mərkəzi də hədəflər siyahısına daxil edilib.