Tramp administrasiyası Xark adasını nəzarətə götürmək planını müzakirə edir
ABŞ hökumətinin İranı Hörmüz boğazını yenidən açmağa məcbur etmək məqsədilə Xark adasının tam nəzarətə götürülməsi və ya mühasirəyə alınması ilə bağlı ssenariləri nəzərdən keçirdiyi bildirilir.
ArazNews-un məlumatına görə, Axios-a istinadən, məlumatlı mənbələr bu planların yüksək risk daşıdığını və həyata keçiriləcəyi təqdirdə regionda gərginliyin ciddi şəkildə artacağını qeyd edir. Xark adası İranın ən mühüm neft ixrac terminalı kimi ölkənin neftinin böyük hissəsinin qlobal bazarlara çıxarılmasında əsas rol oynayır.
Hesabatda qeyd olunur ki, bu variantlar enerji marşrutlarında, xüsusilə Hörmüz boğazında yaranan pozuntular fonunda müzakirə edilir. Bu vəziyyət qlobal neft və qaz qiymətlərinin artmasına səbəb olub və enerji təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirib.