Zelenski: İranın “Şahed” pilotsuz aparatlarına qarşı mübarizə üçün 201 ukraynalı mütəxəssis Yaxın Şərqə göndərilib

1 saat əvvəl 1 dəq oxu
Zelenski: İranın “Şahed” pilotsuz aparatlarına qarşı mübarizə üçün 201 ukraynalı mütəxəssis Yaxın Şərqə göndərilib


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, İran rejiminin “Şahed” hücum pilotsuz aparatlarına qarşı mübarizə təcrübəsi olan 201 ukraynalı mütəxəssis Yaxın Şərqə və Bəsrə körfəzi bölgəsinə göndərilib.


ArazNews-un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Zelenski Britaniya parlamentində çıxış edərkən bu hərbi ekspertlərin pilotsuz aparat hücumlarına qarşı müdafiəyə kömək etmək üçün bölgəyə göndərildiyini deyib. Onun sözlərinə görə, bu qüvvələr hazırda Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanında yerləşdirilib, başqa bir qrup isə Küveytə göndərilmək üzrədir.


Ukrayna prezidenti əlavə edib ki, bu qüvvələrin göndərilməsi Kiyevin müttəfiqlərinin, o cümlədən ABŞ-ın müraciəti əsasında həyata keçirilib.