İsrailli hərbi rəsmı: İranın ballistik raket təhlükəsini aradan qaldırmaq üçün bir neçə həftə vaxt lazımdır

1 saat əvvəl 1 dəq oxu
 İsrailli hərbi rəsmı: İranın ballistik raket təhlükəsini aradan qaldırmaq üçün bir neçə həftə vaxt lazımdır


ArazNews-un məlumatına görə, İsrailin yüksək rütbəli hərbi rəsmilərindən biri İran rejiminin ballistik raket təhlükəsinin tam aradan qaldırılmasının “bir neçə həftə daha” çəkəcəyini bildirib.


Bu israilli rəsmi Fox News-a açıqlamasında deyib: “Bir neçə həftə vaxt aparacaq. Onlar hələ də raket buraxmaq qabiliyyətinə malikdirlər.”


O həmçinin iddia edib ki, İran gündə onlarla raketi İsrailə doğru buraxmağı planlaşdırırdı, lakin İsrail və ABŞ-ın raketlərə və buraxılış platformalarına qarşı hücumları nəticəsində bunu həyata keçirmək imkanını itirib.


Hərbi rəsmi sonda əlavə edib: “Biz onları ovlayırıq.”