Qeşm adasının iskələləri raket hücumuna məruz qalıb

1 saat əvvəl 1 dəq oxu
Qeşm adasının iskələləri raket hücumuna məruz qalıb


Qeşm adasında yerləşən “Şib-deraz” və “Kəndalo” iskələləri raket hücumunun hədəfi olub.


ArazNews-un İran rejimi mediasına istinadən verdiyi məlumata görə, Qeşm şəhərinin icra başçısı Hüseyn Əmirtimuri bildirib ki, bu iki iskələ son hücumlar zamanı raket zərbələrinə məruz qalıb və bunu qeyri-hərbi infrastruktura qarşı hücum kimi qiymətləndirib.


Xəbərin yayımlandığı vaxta qədər hücumun səbəb olduğu zərər və ya mümkün itkilər barədə əlavə məlumat verilməyib.