Möhsün Rizai atəşkəs və körfezdəki vəziyyət barədə sərt açıqlama verərək bildirib ki, Hörmüz boğazı “açılmayacaq” və “heç bir Amerika hərbi gəmisi körfəzə daxil ola bilməz”.
ArazNews-un məlumatına görə,Rizai ABŞ-ın bölgədəki mövcudluğunu “son 50 ildə baş verən təhlükəsizlik problemlərinin əsas səbəbi” adlandırıb. O bildirib ki, ABŞ körfezdən çıxmadan və Hörmüz boğazının nəzarəti region ölkələrinə, xüsusilə İran və Oman kimi “boğazın iki tərəfində yerləşən ölkələrə” verilmədən bölgədə təhlükəsizlik mümkün deyil.
Rizai iddia edib ki, “müharibənin sonu bizim əlimizdədir” və İran rejimi yalnız iki şərt yerinə yetirilərsə müharibənin bitməsini qəbul edəcək. Onun sözlərinə görə, birinci şərt ABŞ-dan bütün zərərlərin ödənilməsi, ikinci şərt isə ABŞ-ın körfəzdən çıxmasıdır.
O vurğulayıb ki, ABŞ bölgədən çıxmadığı müddətdə nə təhlükəsizlik təmin olunacaq, nə də Tehran baxımından atəşkəs və müharibənin sona çatması mümkün olacaq.