İsrail ordusu: 90-dan çox qırıcı Tehranda hərbi mərkəzləri hədəf aldı

3 saat əvvəl 1 dəq oxu
 İsrail ordusu: 90-dan çox qırıcı Tehranda hərbi mərkəzləri hədəf aldı


İsrail ordusu bildirib ki, Tehrana qarşı həyata keçirilən iki dalğa hava hücumu zamanı İran rejiminə bağlı komanda mərkəzləri və hərbi bazalar hədəf alınıb.

ArazNews-un məlumatına görə, İsrail ordusunun bəyanatında qeyd olunur ki, gecə və səhər saatlarında keçirilən hücumlarda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 90-dan çox qırıcı təyyarə hərbi kəşfiyyatın koordinasiyası ilə Tehranın müxtəlif bölgələrində yerləşən hərbi infrastruktura qarşı təxminən 200 sursat istifadə edib.


Hücumlar zamanı Sepah Pasdaranın regional komanda mərkəzi, Bəsic qüvvələrinin komanda məntəqələri və rejimin daxili təhlükəsizlik strukturlarına aid komanda mərkəzləri də daxil olmaqla bir neçə obyektin vurulduğu bildirilib.


Bəyanatda həmçinin qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələri Tehranda yerləşən hava hücumundan müdafiə sistemlərini və şəhərdə yaradılmış ilk hava müdafiə bazasının infrastrukturunu da hədəf alıb. İsrail tərəfi əlavə edib ki, hücumlar zamanı ballistik raketlərin tədqiqat və inkişaf sınaqları ilə əlaqəli bir mərkəz də vurulub.