Tramp: Onları öldürməyim böyük bir fəxrdir; bu gün baxın bu dəli quldurların başına nə gələcək

2 saat əvvəl 1 dəq oxu
Tramp: Onları öldürməyim böyük bir fəxrdir; bu gün baxın bu dəli quldurların başına nə gələcək


ABŞ prezidenti Donald Tramp İran rejiminə qarşı hərbi əməliyyatların daha da gücləndirildiyini bildirib və İranın hərbi imkanlarının demək olar ki, məhv edildiyini iddia edib.


ArazNews-un məlumatına görə, Tramp Truth Social platformasında paylaşdığı mesajda İran’a qarşı hərbi əməliyyatların intensiv şəkildə davam etdiyini və Vaşinqtonun İran rejimini tam şəkildə məhv etməyə çalışdığını bildirib.


Tramp iddia edib ki, İranın hərbi-dəniz və hava qüvvələri demək olar ki, sıradan çıxarılıb, ölkənin raket və dron imkanları isə sürətlə məhv edilir.


O, İran rejiminə istinad edərək yazıb: “Onlar 47 ildir dünyanın hər yerində günahsız insanları öldürürlər və indi mən onları öldürürəm. Bunu etmək böyük bir fəxrdir.”


Tramp həmçinin əlavə edib: “Bu gün baxın, bu dəli quldurların başına nə gələcək.”