ABŞ prezidenti Donald Tramp «Axios» xəbər saytına verdiyi müsahibədə İranın növbəti liderinin seçilməsi prosesində şəxsən rolunun olmalı olduğunu bildirib.
ArazNews-un məlumatına görə, Tramp bu müsahibədə bildirib ki, Əli Xameneinin oğlu Müctəba Xamenei onun varisi olmaq üçün ən ehtimal olunan namizəd hesab olunur. Lakin o vurğulayıb ki, bu variant ABŞ üçün “qəbul edilə bilən deyil”. Tramp əlavə edib: “Xameneinin oğlu zəif biridir və mən İranın növbəti liderinin müəyyən edilməsində rol oynamalıyam.”
Tramp həmçinin bildirib ki, ABŞ İranın başına Əli Xameneinin siyasətlərini davam etdirəcək bir şəxsin gəlməsini istəmir. O qeyd edib ki, Vaşinqton İranda “sülh və uyğunluq” gətirəcək bir rəhbərin hakimiyyətə gəlməsini istəyir. Bu açıqlamalar Əli Xameneinin rəsmi varisinin hələ elan olunmadığı və İranın gələcək rəhbərliyi ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib.