Səudiyyə Ərəbistanı İranın Türkiyə və Azərbaycana hücum cəhdini pislədi

1 saat əvvəl 1 dəq oxu
Səudiyyə Ərəbistanı İranın Türkiyə və Azərbaycana hücum cəhdini pislədi


Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasını hədəfə almağa yönəlmiş addımlarını pisləyib. Bəyanatda bu cür hərəkətlərin “qorxaq addım” olduğu və beynəlxalq hüququn prinsipləri ilə yaxşı qonşuluq qaydalarına zidd olduğu bildirilib.


Bəyanatda həmçinin qeyd olunub ki, Səudiyyə Ərəbistanı Türkiyə və Azərbaycanla tam həmrəylik nümayiş etdirir və bu ölkələrin öz təhlükəsizliyini, hava məkanını və ərazi bütövlüyünü qorumaq hüququnu dəstəkləyir.


Riyad eyni zamanda regionda gərginliyin daha da artmasının qarşısının alınmasının və sabitlik ilə təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıb.