Naxçıvan hava limanına hücumdan sonra Sepah-ın Azərbaycana təhdidi

2 saat əvvəl 1 dəq oxu
Naxçıvan hava limanına hücumdan sonra Sepah-ın Azərbaycana təhdidi


İran rejiminin Naxçıvan hava limanına pilotsuz uçuş aparatı ilə hücumundan sonra, SEPAH-a bağlı bir sosial media hesabı Azərbaycana qarşı təhdid mesajı yayıb.


ArazNews-un məlumatına görə, Azərbaycan türkcəsində yayımlanan həmin mesajda belə deyilir: “Xəyanətin bədəli var və biz söz veririk ki, onun bədəlini ən pis şəkildə ödəyəcəksiniz.”


Bu mesaj Azərbaycan Respublikasının daha əvvəl hava məkanını İran əleyhinə hər hansı hücum üçün heç bir ölkəyə verməyəcəyini bildirməsinə baxmayaraq yayımlanıb. Müharibənin altıncı günündə isə İran İslam Respublikası tərəfindən Naxçıvan hava limanı pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.