İlkin məlumatlara görə, Xuzistandan Hörmüzgana uzanan neft boru xətti hava hücumlarının hədəfi olub.
Bəzi mənbələr hücumun ABŞ tərəfindən həyata keçirilmiş ola biləcəyini iddia edir, lakin indiyə qədər bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Bundan əvvəl də Aramko obyektlərinə hücum xəbərləri yayılmışdı. Müşahidəçilər bu məlumatlar təsdiqlənərsə, qarşıdurmanın hərbi hədəflərdən neft və iqtisadi infrastruktura doğru genişlənə biləcəyini bildirirlər.