Erdoğan İranın Səudiyyə Ərəbistanına hücumlarını qınadı

3 saat əvvəl 1 dəq oxu
 Erdoğan İranın Səudiyyə Ərəbistanına hücumlarını qınadı


Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı apararaq regionda artan hərbi gərginliyi və bunun beynəlxalq təhlükəsizliyə təsirlərini müzakirə edib.


Şərq əl-Əvsətə istinadən, Ərdoğan bu danışıqda “İranın Səudiyyə Ərəbistanına hücumlarını” qınayıb və Türkiyənin Riyadın öz təhlükəsizliyini qorumaq üçün atacağı addımları dəstəklədiyini vurğulayıb.


Səudiyyə vəliəhdi ayrıca Sudan Suverenlik Şurasının rəhbəri Əbdülfəttah əl-Burhan ilə də danışıb. Burhan da hücumları qınayıb və Sudanın Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bildirib.