BƏƏ Müdafiə Nazirliyi açıqlayıb ki, iki İran PUA-sı Əbu-Dabidə yerləşən “Əs-Salam” dəniz bazasındakı anbarı hədəf alıb. Nəticədə bir neçə konteynerdə yanğın baş verib, lakin insan itkisi qeydə alınmayıb.
Yayılan bəyanatda bildirilib ki, ixtisaslaşmış qruplar hadisə yerinə cəlb olunub və yanğın ümumi təyinatlı avadanlıqların saxlanıldığı iki konteynerdə baş verib.