İranın hava məkanı bağlandı

1 saat əvvəl 1 dəq oxu
İranın hava məkanı bağlandı


İsrail və ABŞ-ın son hücumlarından sonra Mülki Aviasiya Təşkilatı İranın hava məkanının müvəqqəti bağlanması barədə məlumat verib.

Araz News-un İRNA-ya istinadən verdiyi məlumata görə, Mülki Aviasiya Təşkilatının sözçüsü Məcid Əxavan bildirib ki, müvafiq NOTAM (hava hərəkəti bildirişi) yayımlanıb və buna əsasən, ölkənin hava məkanı hələlik 6 saat müddətinə bağlı olacaq.

O, vətəndaşlardan hava limanlarına getməmələrini xahiş edib və əlavə məlumat üçün növbəti bildirişləri gözləməyi tövsiyə edib. Bu qərar son saatlarda bir neçə şəhərdə partlayış səslərinin eşidilməsi barədə xəbərlərin yayıldığı bir şəraitdə qəbul edilib.