İsrail İrana qarşı "qabaqlayıcı" raket hücumu həyata keçirdiyini elan etdi

1 saat əvvəl 1 dəq oxu
İsrail İrana qarşı "qabaqlayıcı" raket hücumu həyata keçirdiyini elan etdi


İsrailin müdafiə naziri ölkəsinin İrana qarşı "qabaqlayıcı" hücum etdiyini bəyan edib. Eyni zamanda İsrail ordusu müxtəlif nöqtələrdə xəbərdarlıq sirenlərinin çalındığını bildirib.

Araz News-un Röyters agentliyinə istinadən verdiyi məlumata görə, şənbə günü İsrailin müdafiə naziri Təl-Əvivin İrana qarşı qabaqlayıcı raket hücumu təşkil etdiyini elan edib. İsrail ordusu isə yaydığı bəyanatda ölkənin müxtəlif bölgələrində hava hücumu sirenlərinin aktivləşdirildiyini və vətəndaşların İrandan gələ biləcək mümkün raket zərbələrinə hazır olmaları lazım olduğunu qeyd edib.

Bəyanatda vurğulanıb ki, xəbərdarlıq sistemlərinin işə salınması hər hansı ehtimal olunan cavab zərbəsinə qarşı ictimai hazırlığı təmin etmək məqsədi daşıyır.

Xəbərin dərc edildiyi ana qədər hücumun miqyası, hədəflər və ya dəymiş ehtimal olunan ziyan barədə təfərrüatlar açıqlanmayıb. İran rəsmiləri də hələlik rəsmi reaksiya verməyiblər. İki tərəf arasındakı gərginlik, son nüvə danışıqlarının razılaşma olmadan başa çatdığı bir vaxtda yeni mərhələyə qədəm qoyur.