Rza Pəhləvinin “millət nümayəndələri” şousu tənqidi reaksiyalarla qarşılandı

1 saat əvvəl 2 dəq oxu
 Rza Pəhləvinin “millət nümayəndələri” şousu tənqidi reaksiyalarla qarşılandı

'


Rza Pəhləvinin özünü “millət nümayəndələri” kimi təqdim olunan bir qrup insanla birlikdə yayımladığı video İranın qeyri-fars millətlərindən olan siyasi və mədəni fəallar arasında tənqidi reaksiyalara səbəb olub. Tənqidçilər bu addımı simvolik və milli hüquqlar barədə aydın məzmundan məhrum təşəbbüs kimi qiymətləndirirlər.


Araz News-un məlumatına görə, bu addım Pəhləvinin son dövrdə millətlər məsələsi ilə bağlı mövqeləri, xüsusilə “fövqəladə vəziyyət dəftəri”nə aid edilən məzmun və X platformasındaTənqidçilər bildirirlər ki, sözügedən sənəddə “separatçı” və “pan-türk” adlandırılan qüvvələrə qarşı mübarizənin orduya həvalə edilməsi qeyri-fars millətlərin tələblərinə münasibətlə bağlı ciddi narahatlıq yaradıb. Onun X platformasındakı paylaşımı və qeyri-fars millətlərdən olan fəalları separatçı adlandırması da geniş tənqid dalğası doğurub.


Bu fonda Pəhləvi yayımlanan video ilə qeyri-fars millətlərlə problemi olmadığını göstərməyə çalışsa da, videoda “millət nümayəndələri” kimi təqdim olunan şəxslərin iştirakı yeni tənqidlərə səbəb olub.


Tənqidçilər qeyd edirlər ki, “ayrı-seçkiliyin aradan qaldırılması” barədə mesajda qeyri-fars millətlərin siyasi, mədəni və dil hüquqları ilə bağlı konkret izah yoxdur və hansı hüquqların tanınacağı aydınlaşdırılmayıb. Həmçinin videoda yer alan şəxslərin milli kimlik, dil və mədəniyyət sahəsində fəaliyyətləri barədə də açıq məlumat yoxdur.


Onların fikrincə, real və tanınmış milli fəallar və siyasi təşkilatlarla dialoq əvəzinə tanınmayan şəxslərin “millət nümayəndələri” kimi təqdim olunması simvolik addım kimi qiymətləndirilir və monarxiya ssenarisində gələcək təmsilçiliklə bağlı sualları artırır.


Videoda “Azərbaycan nümayəndəsi” kimi təqdim olunan Ləhrasəb Sasanifərin iştirakı da ayrıca tənqid olunub. Milli fəallar bildirirlər ki, bu şəxs bu sahədə tanınmış sima deyil və Azərbaycan türklərinin hüquqları ilə bağlı fəaliyyəti barədə məlumat yoxdur. Bəzi fəallar onun adını dəyişərək ari mənşəli ad seçdiyini iddia edirlər.


Tənqidçilər hesab edirlər ki, bu addım tənqidlərin azalmasına deyil, əksinə, qeyri-fars millətlər arasında yeni şübhə və reaksiyalara səbəb olub.


◾️@ArazNews_az paylaşdığı son mesajdan sonra artan tənqidlər fonunda atılıb.