ABC: Ağ Evdə İran barədə gizli hərbi iclas keçirilib

1 saat əvvəl 1 dəq oxu
ABC: Ağ Evdə İran barədə gizli hərbi iclas keçirilib


ABC News xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Donald Tramp ilə keçirilən görüşdə İrana qarşı mümkün hərbi variantları təqdim edib.

Araz News-un məlumatına görə, ABC prezidentə yaxın mənbəyə istinadən yazır ki, Yaxın Şərqdə ABŞ qüvvələrinə nəzarət edən CENTCOM komandanı Brad Cooper cümə axşamı Trampa İrana qarşı mümkün hərbi ssenarilər barədə brifinq verib.

Məlumata əsasən, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri və prezidentin ən yüksək hərbi müşaviri general Dan Keyn də görüşdə iştirak edib. ABC təqdim olunan variantların detalları barədə məlumat verməyib, lakin xəbər Vaşinqton və Tehran arasında gərginliyin artdığı və diplomatik danışıqların paralel davam etdiyi bir vaxtda yayılıb.