Tehran Vaşinqtonu hədələdi: Hücum olsa, ABŞ tabut sıralarına hazır olmalıdır
Xameneinin ideoloji-siyasi idarəsinin siyasi müavini ABŞ-ı hədələyərək bildirib ki, İrana qarşı hər hansı hərbi addım olacağı təqdirdə, Vaşinqton “öz əsgərlərinin çoxsaylı . tabut sıralarını” qəbul etməyə hazır olmalıdır.
Araz News-un məlumatına görə, Xameneinin ideoloji-siyasi idarəsinin siyasi müavini Rəsul Sənai-Rad ABŞ-ın mümkün hərbi addımı ilə bağlı xəbərdarlıq edərək bildirib ki, İrana qarşı istənilən hərbi əməliyyat halında Vaşinqton “çoxsaylı əsgər tabutlarını” qəbul etməyə hazır olmalıdır.
O, ABŞ-ın regiondakı hərbi hərəkətlərinə toxunaraq İranın Liviya, Suriya və ya Venesuela ilə müqayisə edilə bilməyəcəyini vurğulayıb və hər hansı “səhv hesablamanın” Tehranın qəti reaksiyası ilə qarşılaşacağını deyib.
Sənai-Rad ABŞ-ın bölgəyə gəmi və hərbi texnika göndərməsini danışıqlarda təzyiq vasitəsi kimi qiymətləndirib və bunun İranda artıq qorxu yaratmadığını iddia edib.
Hərbi rəsmı əlavə edib ki, ABŞ-ın mümkün hücumu regional miqyaslı müharibəyə səbəb ola bilər və bunun nəticəsində təkcə ABŞ deyil, müttəfiqləri də ciddi itkilərlə üzləşə bilər.