İslam Respublikasına bağlı medianın Azərbaycana qarşı açıq hərbi təhdidi

1 saat əvvəl 1 dəq oxu
 İslam Respublikasına bağlı medianın Azərbaycana qarşı açıq hərbi təhdidi


"Fars" xəbər agentliyi və İslam Respublikası rejiminə bağlı bir sıra digər media orqanları sosial şəbəkələrdə paylaşdıqları postlarda Azərbaycanı açıq şəkildə hərbi müdaxilə ilə təhdid ediblər.

"Araz News"un məlumatına görə, "Fars" xəbər agentliyinin "Twitter" (X) səhifəsində yayımlanan materialların birində iddia olunub ki, ABŞ-ın mümkün hücumu zamanı İran strateji Bakı–Tbilisi–Ceyhan boru kəmərini hədəf alacaq. Bu mövqe, əslində Azərbaycan Respublikasının həyati əhəmiyyətli infrastrukturuna qarşı birbaşa təhdid deməkdir.

Bu, son bir ay ərzində "Fars" agentliyinin Azərbaycan Respublikasını təhdid etdiyi neçənci haldır. Bundan əvvəl də sözügedən agentlik "İranın neft kartları və ABŞ-ın müharibə tənliyi" başlıqlı yazısında Azərbaycanı hərbi müdaxilə ilə hədələmişdi.

Bu təhdid dolu ritorika o halda səslənir ki, İranın prezidenti və xarici işlər naziri daha əvvəl Azərbaycan Respublikasının ABŞ-ın hücumunun qarşısını almaqda və bölgədə gərginliyin azaldılmasında oynadığı müsbət rola görə dəfələrlə təşəkkürlərini bildirmişdilər