Sepah Kirmanşahda PEJAK-ın 11 yüksək rütbəli üzvünün saxlanıldığını xəbər verdi

2 saat əvvəl 1 dəq oxu
Sepah Kirmanşahda PEJAK-ın 11 yüksək rütbəli üzvünün saxlanıldığını xəbər verdi


İnqilab Keşikçiləri Korpusu (Sepah) Kirmanşah əyalətində terror qruplaşması PEJAK-ın 11 yüksək rütbəli üzvünün həbs edildiyini bəyan edib.

Araz News-un "Press TV"-yə istinadən verdiyi məlumata görə, Sepahın Quru Qoşunlarının "Nəcəf-i Əşrəf" qərargahının komandiri pasdar Möhsün Kərimi şənbə günü bildirib ki, bu bölmənin qüvvələri kəşfiyyat orqanları ilə əməkdaşlıq çərçivəsində keçirdikləri uğurlu əməliyyat nəticəsində Kirmanşah əyalətində sözügedən "anti-İran" qrupunun 11 rəhbərini müəyyən edərək saxlayıblar.

Terror qruplaşması olan PEJAK, PKK-nın İran qolu kimi son illərdə Sepahın geniş dəstəyi ilə Qərbi Azərbaycanın sərhəd bölgələrində yerləşdirilib və burada çoxsaylı bazalar quraraq öz qüvvələrini məskunlaşdırmaq imkanı qazanıb. Bu addımın məqsədinin həmin qrupdan Türkiyə dövlətinə qarşı istifadə etmək və Güney Azərbaycan ilə Türkiyə arasında bir növ "bufer zona" (divar hail) yaratmaq olduğu bildirilir.

Həmçinin bir təhlükəsizlik mediası Sepahın Türkiyəyə qarşı PEJAK-a verdiyi dəstəyə toxunaraq yazıb ki, Qasım Süleymani ilə bu qrup arasındakı razılaşmaya əsasən, İran-Türkiyə sərhədinin bir hissəsinə nəzarət PEJAK-a tapşırılıb və İranın qərbdəki sərhəd qoşunları sərhəd xəttindən təxminən üç kilometr geri çəkilib. Beləliklə, bu qrupun üzvləri İran ilə Kürdüstan Regional Hökuməti (İraq) sərhədinin üç kilometrlik radiusunda maneəsiz hərəkət edə bilirlər.

Lakin İran və İsrail arasındakı 12 günlük müharibədən sonra bu terror qruplaşması qəfil mövqe dəyişikliyi edərək, bundan sonra İslam Respublikasına qarşı silahlı əməliyyatlara başlayacağını bəyan edib.