Livan Hizbullahının baş katibi Naim Qasim noyabrın 25-də, çərşənbə günü axşam qruplaşmanın Tehranla münasibətləri ilə fəxr etdiyini və İranın «bizim yükümüzü çiynində daşıdığını» deyib. O, Tehranın Vaşinqtonla razılaşmanı İsrailin bütün cəbhələrdə, xüsusilə də Livanda hücumlarını dayandırması şərtinə bağladığını iddia edib.
Qasim Livan Prezidenti Jozef Aunun Müstəqillik Günü münasibətilə etdiyi çıxışın livanlılar arasında fikir ayrılığını körüklədiyini bildirib. O, Aunu ölkənin suverenliyini müdafiə etməkdə səhlənkarlıqda ittiham edib və Vaşinqtonun İsrailə güzəştə getməsi üçün Livan hökumətinə təzyiq göstərdiyini deyib.
Hizbullahın baş katibi qruplaşmanın silahlarının saxlanılmasını müdafiə edərək Livan dövlətinin təkbaşına İsrailə qarşı durmaq gücündə olmadığını vurğulayıb. O, Hizbullahın Livan daxilində dialoqa hazır olduğunu bildirib və İsrail qüvvələrinin ölkə ərazisindən çıxarılmasını tələb edib.