Ermənistan Daxili İşlər Nazirliyi Qarabağ ermənilərinin yeni biometrik pasportlarında doğum yeri kimi «Azərbaycan»ın qeyd ediləcəyini açıqlayıb.
Bu qərar Qarabağdan köçkün düşmüş və Ermənistan vətəndaşlığını almış erməniləri əhatə edir. Nazirliyin bildirdiyinə görə, bu addım Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və ISO 3166 standartına uyğun olaraq atılır.