cümə, 6 noyabr 2026
İran

Səhiyyə rəsmisi "The Times"a təsdiqləyib: nüvə obyektlərinin 3 kilometrlik radiusunda yod həbləri paylanır

Səhiyyə rəsmisi "The Times"a təsdiqləyib: nüvə obyektlərinin 3 kilometrlik radiusunda yod həbləri paylanır

İslam Respublikasının səhiyyə rəsmilərindən biri Britaniyanın "The Times" qəzetinə nüvə obyektlərinin ətrafında yaşayan sakinlər arasında yod həblərinin paylandığını təsdiqləyib. O bildirib ki, hər müharibədə bu həbləri həmin obyektlərin 2-3 kilometrlik radiusunda paylamağa çalışıblar.

Bu ilin yazında da Buşəhrdə 180 min yod həbi paylanmışdı. Bu əyalətdə paylama 12 günlük müharibədən əvvəl başlanmış və atom elektrik stansiyasının ətrafındakı ərazilərə üstünlük verilmişdi. İsfahan təcili yardım xidmətinin sözçüsü Abbas Abidi noyabrın 4-də insanları həkim göstərişi olmadan yod həbi qəbul etməmək barədə xəbərdar etmişdi.

Bu hesabat Vaşinqtonun mümkün variantları nəzərdən keçirdiyi vaxtda dərc olunub. Tramp hücumların bərpası, iqtisadi təzyiq və ya Tehranla razılaşma variantlarını dəyərləndirmək üçün milli təhlükəsizlik komandasını toplantıya çağırıb.

Bu xəbəri paylaşın